Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi matçın hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, Bakıdakı görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Aristotelis Diamantopulosdur, ona Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Oktyabrın 16-da keçiriləcək Azərbaycan - Avstriya matçına 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi