"Leyptsiq"in yarımmüdafiəçisi Daniel Olmo "Barselona"ya keçməyə yaxındır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, transferin 2024-cü ilin yayında baş tutacağı bildirilir.
Daha öncədən kataloniyalıların baş məşqçisi Xavinin Olmo ilə danışdığı və onu razı saldığı deyilirdi. İspaniyalının Almaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
"Barsa" onun üçün 60-65 milyon avrosundan keçməli olacaq. Olmo "Dinamo"da (Zaqreb) oynadıqdan sonra 2020-ci ildə "Leyptsiq"ə keçmişdi.