“Roma”nın futbolçusu Stefan El Şaaravi İtaliya millisinə dəvət edilib.
Sportal.az “FIGC”ə istinadən xəbər verir ki, buna səbəb isə “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və “Aston Villa”nın cinah futbolçusu Nikolo Zaniolonun qeyri-qanuni mərc oyunlarına görə şübhəli olduqları üçün millidən kənarlaşdırılmalarıdır.
Üç ildir ki, milliyə cəlb olunmayan Əl-Şaaravi artıq düşərgəyə qoşulub. Qeyd edək ki, italyanlar oktyabrın 14-də Maltanı qəbul edəcək, 17-də isə səfərdə İngiltərə ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi