Kenya millisi sabah Rusiya ilə yoxlama görüşünə çıxacaq. Afrika qitəsinin təmsilçisinin baş məşqçisi Engin Fırat bunun Kenya üçün tarixi matç olacağını bildirib.
Sportal.az xəbər verir ki, türkiyəli məşqçi Antalyada baş tutacaq oyunla bağlı belə danışıb:
"Kenya heç vaxt Avropa təmsilçisinə qarşı oynamamışdı. Bu, bizim üçün tarixi matçdır. Ümid edirik ki, bütün kenyalılar komandamızın arxasında dayanacaq, dəstək olacaq. Onların dəstəyi bizim üçün həmişə önəmli olub".
Kenya – Rusiya matçı oktyabrın 16-da Antalyada keçiriləcək və oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi