İstanbul klubunda yeni baş məşqçi - RƏSMİ

17:35 - 17 Oktyabr 2023

Türkiyənin "Pendikspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini İvo Vieyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

İvo Vieyra son olaraq Braziliyanın "Kuyaba" klubunu çalışdırıb. Portuqaliyalı futbol adamı "Pendikspor"un baş məşqçisi postunda Osman Özköylünü əvəz edib.

Xəbər xətti