"Qalatasaray" Okan Burukun müqaviləsini uzatdı

18:52 - 19 Oktyabr 2023

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Okan Burukla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi 50 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun prezidenti Dursun Özbək məlumat verib.

Baş məşqçi ilə imzalanan yeni sözləşmənin müddəti və maliyyə detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" onun rəhbərliyi altında ilk mövsümdə ölkə çempionluğu qazanıb.

Xəbər xətti