"Beşiktaş"ın müdafiəçisi "Qalatasaray"la matçda oynamayacaq

13:54 - 20 Oktyabr 2023

Türkiyənin "Beçiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Umut Meraş zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Təcrübəli sol cinah müdafiəçisinin müalicəsinə başlanılıb.

Umut Meraş sabah "Qalatasaray"la keçiriləcək derbi matçında iştirak etməyəcək.

Xəbər xətti