UEFA Türkiyənin "Qalatasaray" klubunu cərimələyib.
Sportal.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqası qrup mərhələsinin "Mançester Yunayted"lə matçındakı davranışları səbəb olub.
"Sarı-qırmızılar"ın fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə UEFA klubu 51 mil avro məbləğində cərimə edib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Qalatasaray" qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi