"Bavariya" ilə oyundan öncə "Qalatasaray"da şok itki

15:03 - 22 Oktyabr 2023

Türkiyənin "Qalatasaray" klubunun heyətində şok itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvard Super Liqanın 9-cu turunun "Beşiktaş"la matçında sağ ayağından zədə alıb. Ulduz futbolçunun müalicəsinə başlanılıb.

Argentinalı oyunçunun Çempionlar Liqası qrup mərhələsinin "Bavariya" ilə matçında iştirak etməsi sual altındadır.

Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" qarşılaşması 24 oktyabr tarixində Bakı vaxtilə saat 20:45-də start götürəcək.

Xəbər xətti