"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində doğma meydanda "Bavariya"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. 50 yaşlı mütəxəssis güclü rəqiblə oyunda xal qazanmaq istədiklərini bildirib.
"Çempionlar Liqasında çox vacib oyundur. Matça 4 xalla çıxırıq. Xallarımızı artırmaq istəyirik. Evdə oynamağın üstünlüyündən yararlanacağıq. Azarkeşlərimiz bizi dəstəkləyəcək. "Bavariya"ya qarşı yaxşı oyun göstərmək istəyirik. Qələbə qazansaq, möhtəşəm olacaq. Rəqibin gücünü bilirik. Uzun illərdir qrup mərhələsində uduzmurlar. Bu, bizim üçün motivasiyadır".
Okan Buruk "Beşiktaş"la oyunda zədələnnə Mauro İkardi ilə bağlı da açıqlama verib. O, argentinalı hücumçu ilə bağlı qərarını komandanın son məşqindən öncə verəcəyini deyib:
"Bir azadan məşqə çıxacağıq. İkardinin durumu ilə bağlı qərarımızı təkrar dəyərləndirmədən sonra sabah verəcəyik.
Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 20:45-də baş tutacaq.
saytlarin hazirlanmasi