"Bavariya" Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunda səfərdə "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel qarşılaşmadan sonra açıqlama verib. Alman mütəxəssis birinci hissədə yaxşı oynamadıqlarını bildirib:
"Qalatasaray" Avropada gücünü sübut etmiş, uğurlar əldə etmiş komandadır. Bizim üçün asan olmadı. İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. Qələbə qazandığımız üçün xoşbəxtəm. "Qalatasaray" azarkeşlərinin qarşısında çox basqılı oynadı. İkinci hissədə toparlandıq. 90 dəqiqəni dəyərləndirsək, layiq olduğumuz qələbə qazandıq".
saytlarin hazirlanmasi