"Fənərbaxça"nın müdafiəçisi əməliyyat olundu

14:13 - 25 Oktyabr 2023

"Fənərbaxça"nın futbolçusu Serdar Aziz əməliyyat olunub.

Sportal.az xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi Almaniyada sol ayaq biləyindən uğurlu əməliyyat keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli arxa xətt oyunçusu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yayında "Qalatasaray"dan keçib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti