"Beşiktaş" Norveçə 5 itki ilə gedir

15:15 - 25 Oktyabr 2023

"Beşiktaş" Avropa Konfrans Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə "Budo Qlimt"in qonağıdır.

Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi qarşılaşmaya ciddi itkilərlə çıxacaq. "Qara qartallar"ın futbolçuları Erik Bayi, Tayfur Bingöl, Salih Uçan və Daniel Amartey zədəlidir.

Valentin Rozyer isə cəza səbəbindən Norveçdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Budo Qlimt" - "Beşiktaş" matçı sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti