Sabiq "Fənərbaxça"lı Türkiyəyə qayıdır

14:41 - 26 Oktyabr 2023

"Fənərbaxça"nın sabiq futbolçusu Dirk Küyt yenidən Türkiyəyə qayıda bilər.

Sportal.az xəbər verir ki, onun bu dəfə baş məşqçi kimi çalışmaq ehtimalı var. Bu barədə yerli media məlumat yayıb.

"Konyaspor" niderlandlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. 43 yaşlı məşqçi ilə artıq razılıq əldə olunduğu bildirilir.

Dirk Küyt məşqçiliyə "Feyenoord"un akademiyasında başlayıb. O, son olaraq "ADO Den Haaq"ı çalışdırıb.

Xəbər xətti