"Beşiktaş"ın lideri xəstəxanaya yerləşdirildi

15:47 - 29 Oktyabr 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki. İstanbul təmsilçisinin futbolçusu Vensan Abubakarın səhhətində problem yaranıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarın ağrısı və yüksək temperaturu olan 31 yaşlı hücumçu xəstəxanaya yerləşdirilib. Kamerunlu forvard sabah Super Liqanın "Qaziantep"lə matçında iştirak etməyəcək.

Qeyd edək ki, Vensan Abubakar cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti