Burak Yılmaz ulduz futbolçunu məşqdən qovdu

16:52 - 30 Oktyabr 2023

Türkiyə Super Liqasının 10-cu turunun "Qaziantep"lə matçına hazırlaşan "Beşiktaş"ın düşərgəsində gərginlik yaşanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Burak Yılmaz futbolçusu Ante Rebiçi məşqdən qovub. Buna səbəb xorvatiyalı yarımmüdafiəçinin intizamsızlığı və istəksiz davranışları olub.

"Beşiktaş" Ante Rebiçi mövsümün əvvəlində "Milan"dan transfer edib. 30 yaşlı vinger İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 9 qarşılaşmada qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, "Beşiktaş" - "Qaziantep" görüşü bu gün Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti