Türkiyənin "Fənərbaxça" klubunun heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fred sıradan çıxıb.
Braziliyalı millisinin üzvü Super Liqanın 10-cu turunun "Pendikspor"la matçında (5:0) ayaq əzələsindən zədə alıb. 30 yaşlı futbolçu 3 həftə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəçisi Aleksander Cikunun ayaq barmağı sınıb. O da bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
saytlarin hazirlanmasi