"Fənərbaxça"nın daha bir futbolçusu "Trabzonspor"a qarşı oynamayacaq

11:15 - 31 Oktyabr 2023

Türkiyənin "Fənərbaxça" klubunun heyətində növbəti ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Rodriqo Rodriqo Bekan sıradan çıxıb. Braziliyalı müdafiəçi Super Liqanın 10-cu turunun "Pendikspor"la matçında zədələnib.

27 yaşlı arxa xətt oyunçusu 11-ci turun "Trabzonspor"la oyununda komandasına kömək edə bilməyəcək. 

Aleksander Ciku və Fred də zədə səbəbindən derbi matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" qarşılaşması 4 noyabr tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti