Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, istanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Qezzal sıradan çıxıb. Əlcəzairli vinger Super Liqanın 10-cu turunun "Qaziantep"lə matçının 20-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Qezzal cari mövsümdə 2-ci, ümumi "Beşiktaş" karyerası ərzində isə 14-cü dəfə zədələnib. 31 yaşlı futbolçu zədə səbəbindən 247 gün komandadan ayrı qalıb. O, bu müddət ərzində 27 oyunu buraxmalı olub.
Qeyd edək ki, "Beşiktaş" Raşid Gezzalı 2020-ci ilin oktyabr ayında "Lester Siti"dən transfer edib. Əlcəzair millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 99 rəsmi matçda 16 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi