"Fənərbaxça"nın ulduzu Super Liqada rekorda imza atdı

14:54 - 31 Oktyabr 2023

"Fənərbaxça"nın hücumçusu Edin Ceko adını Türkiyə Super Liqasının tarixinə yazdırıb.

Sportal.az xəbər verir ki, bosniyalı forvard 10-cu turun "Pendikspor"la matçında 3 qol vuraraq rekorda imza atıb. O, ölkə çempionatında het-trik edən ən yaşlı oyunçu olub.

Ceko 37 yaş 266 günlüyündə buna dail olub. Əvvəlki rekord "Fənərbaxça"nın əfsanəsi Lefter Küçükandonyadisə (36 yaş 291 gün) məxsus idi.

Qeyd edək ki, "Fənərbaxça" Edin Cekonu mövsümün əvvəlində rənglərinə bağlayıb. Bosniya və Herseqovina millisinin üzvü İstanbul təmsilçisinin heyətində Super Liqada 10 qol vurub.

Xəbər xətti