"Fənərbaxça" Bolqarıstana 5 itki ilə gedir

18:43 - 8 Noyabr 2023

"Fənərbaxça" Avropa Konfrans Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Ludoqorets"in qonağı olacaq.

Sportal.az xəbər verir ki. İstanbul təmsilçisi qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Rodriqo Bekan, Aleksandru Ciku, Mert Hakan Yandaş, Fred və Serdar Aziz zədə səbəbindən Bolqarıstanda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Ludoqorets" - "Fənərbaxça" görüşü sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Xəbər xətti