"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunda səfərdə "Bavariya"ya 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk matçdan sonra açıqlamalar verib. 51 yaşlı mütəxəssis hakim idarəçiliyindən narazı qaldığını bildirib:
"Məğlubiyyəti tam olaraq hakimə bağlamaq istəmirəm. Futbolçularımı təbrik edirəm. "Bavariya"ya qarşı oynaya biləcəyimiz ən yaxşı oyunu göstərdik. Alfonso Deyvisə göstərilməyən ikinci sarı vərəqə var. Rəqib 10 nəfərlə qalsa, fərqli şeylər ola bilərdi. Buraxdığımız ilk qoldan öncə Barışın ayağını əzdilər. Hakim ilk dəfə Çempionlar Liqası matçı idarə edir. Onun iki böyük, nəticəyə təsir edən səhv etdiyini düşünürəm".
saytlarin hazirlanmasi