"Beşiktaş"da şok: Hücumçular zədələndi

19:34 - 10 Noyabr 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçuları Vensan Abubakar və Cenk Tosun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardlar Avropa Konfrans Liqası qrup mərhələsinin 4-cü turunun "Budo Qlimt"lə matçında (1:2) zədələnib. Hər iki oyunçunun müalicəsinə başlanılıb. Onlar 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti