Ulduz futbolçu əməliyyat olundu: 3 ay oynamayacaq

20:46 - 16 Noyabr 2023

Türkiyənin "Adana Demirspor" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mario Balotelli sıradan çıxıb.

33 yaşlı forvard bu gün İtaliyada dizindən əməliyyat olunub. Təcrübəli futbolçu 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mario Balotelli cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 5 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti