"Millimiz İsveçlə oyunda əla oynadı. Layiqli qələbə qazandıq. Belçika ilə görüşü isə çox izləmək şansım olmadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Tuzlaspor"un üzvü Bəxtiyar Həsənalızadə deyib.
Azərbaycan millisinin üzvü, son toplanışa dəvət edilməyən müdafiəçi Brüsseldəki 0:5 hesablı məğlubiyyət haqda qısa danışıb.
Onun fikrincə, milli qrupda daha uğurlu çıxış edə bilərdi:
"Belçika dünya nəhəngidir. Onlara qarşı səfərdə oynamaq çətindir. Təəssüf ki, məğlub olduq. Belçika kimi komanda ilə oyunda meydanda azlıqda qalmaq da çox böyük təsirini göstərdi. Hesab bir az böyük oldu. Ancaq bu da nəticə çıxarmaq üçün təcrübə idi. Təbii ki, qrupda daha yaxşı nəticələrimiz ola bilərdi. Amma bunlar artıq geridə qalıb".
Mirbağırağa