"Beşiktaş"ın müdafiəçisi zədələndi

15:20 - 23 Noyabr 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Erik Bayi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu məşq zamanı ayağında ağrılar hiss edib. Tibbi müayinədən sonra Fil Dişi Sahili millisinin üzvünün əzələsində zədə aşkarlanıb. Təcrübəli futbolçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" Erik Bayini mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. Futbolçu "qara qartallar"ın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti