Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlunun "Mançester Yunayted"in qapısından keçirdiyi top həftənin ən yaxşısı seçilib. UEFA-nın saytında keçirilən sorğuda türk vinger hamını qabaqlayıb.
Qeyd edək ki, "Qalatasaray" - "Mançester Yunayted" qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi