"Barselona" Levandovskini satacaq

19:32 - 4 Dekabr 2023

"Barselona" rəhbərliyi Robert Levandovski ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı forvardla yollarını ayıracaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi yayda 36 yaşı olacaq forvardı 2023/2024 mövsümünün sonunda satmağı planlaşdırır.

"Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Təcrübəli hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti