Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün G qrupunda "Srvena Zvezda" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Qarşılaşma İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçı azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. Ona yan laynsmanlar Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Görüşün dördüncü hakimi Elçin Məsiyev olub.
Əliyar Ağayev bu oyunda meydan sahiblərinin üç, qonaqların isə bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
saytlarin hazirlanmasi