UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, son turun ən yaxşısı seçilmək üçün 4 nəfər iddialıdır. Bunlar “Real”dan Xoselu, “Atletiko”dan Samuel Lino, “Portu”dan Qaleno və “Benfika”dan Anxel Di Mariyadır.
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.
saytlarin hazirlanmasi