"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin Premyer Liqanın 17-ci turunda “qırmızı şeytanlar”ın "Liverpul"a qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, irlandiyalı “Sky Sports”a açıqlamasında Mançester təmsilçisi barədə pozitiv danışıb:
"Mançester Yunayted” özünə gəlir. Bu komanda bərpa prosesinin başlanğıcındadır. Amma problemlər hələ də mövcuddur. Qollar yoxdur, zədələr, fiziki hazırlığın olmaması problemlərin sübutudur. Lakin komandanın daha yaxşı olmaq üçün şansı var".
saytlarin hazirlanmasi