"Qarabağ" Kadinin maaşının yarısını qarşılamağa razılaşdı

10:18 - 19 Dekabr 2023

"Qarabağ" Rusiyanın "Krasnodar" klubuyla Kadi Borgesin keçidi ilə bağlı danışıqlara başlayıb.

Sportal.az "Sportliqa.az"a istinadən xəbər verir ki, Rusiya təmsilçisi bu keçid üçün 15 milyon avro təzminat istəyib. Çünki futbolçunun sərbəstqalma qiyməti müqavilənin şərtində bu rəqəmdir.

Bu səbəbdən, ağdamlılar braziliyalı vingeri mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Əgər danışıqlar uğurlu alınsa, "köhlən atlar" Kadinin maaşının 50 faizini qarşılamağa hazır olacaq.

Özünü Rusiyada xoşbəxt hiss etməyən Kadi Yuri Borges ötən həftələrdə Qurban Qurbanovla əlaqə saxlayaraq, "Qarabağ"a qayıtmaq istədiyini bildirmişdi.

Xəbər xətti