“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, o, bu gün “Ayntraxt”la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.
Hər şey yaxşı olarsa, tərəflər satın alma opsionu ilə icarə müqaviləsi imzalayacaqlar. 26 yaşlı futbolçu “Ayaks”da oynadıqdan sonra 2020-ci ildə “Mançester Yunayted”ə keçib.
O, “Everton”da icarə əsasında da çıxış edib.
saytlarin hazirlanmasi