“Araz-Naxçıvan” bu yay heyətə cəlb etdiyi bir neçə futbolçunu yeni mövsüm üçün də komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa təmsilçisi hazırda komandanın aparıcı oyunçularından olan Vandersonla müqavilə müddətirini artırmaq niyyətindədir.
Yeni sözləşməyə əsasən, 29 yaşlı yarımmüdafiəçi növbəti mövsümü də “Araz-Naxçıvan”da keçirəcək.
Braziliyalı futbolçu “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets”, “Panejevis” komandalarının formasını geyinib.
saytlarin hazirlanmasi