"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç növbəti dəfə klublararası dünya çempionatını qazanmaq şansı əldə edib.
Sportal.az xəbər verir ki, bu baş verərsə, xorvatiyalı 3 fərqli komanda ilə dördüncü dəfə kuboku başı üzərinə qaldıracaq.
O, buna 2016 və 2017-ci illərdə “Real”, 2021-ci ildə “Çelsi” ilə nail olub.
İndi isə Mateo həmin titulu “Mançester Siti”nin forması ilə qazana bilər.
Qeyd edək ki, 2023-cü il dünya çempionatının yarımfinalında İngiltərə klubu “Urava Red Diamonds”la qarşılaşacaq.
saytlarin hazirlanmasi