Dizindəki zədəyə görə Xorvatiya çempionatının 19-cu turunun “Hayduk”la (0:0) oyunda iştirak edə bilməyən “Dinamo”nun hücumçusu Mahir Emreli Azərbaycana qayıdıb.
Sportal.az saytına verilən məlumata görə, Emreli müalicəsini Azərbaycanda davam etdirəcək.
Çünki Xorvatiyada artıq daxili çempionat başa çatıb və mövsüm 2024-cü il yanvarın 23-də bərpa olunacaq. Amma futbolçunun “Dinamo”ya qayıdıb-qayıtmayacağı da hələ ki, bəlli deyil. Belə ki, oyun praktikasından əziyyət çəkən Emrelinin başqa komandaya keçmək fikrində olduğu bildirilir.
saytlarin hazirlanmasi