"İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qəbələ" ilə (0:1) oyunundan sonra danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini şərh edib: "Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam".
- Sona qədər qapının toxunulmazlığını saxlamaq üçün təcrübə çatmadı, yoxsa rəqib çox güclü idi?
- Mən belə deməzdim. Hardasa diqqətsizlik rolunu oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır.
- Bu oyunla Premyer Liqa klublarına qarşı oynamağa hazır olduğunuzu göstərdiz?
- Bəli.
Mirbağırağa
saytlarin hazirlanmasi