"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Belə ki, braziliyalı futbolçunun qışda Ağdam klubuna icarəyə veriləcəyi iddia edilir.
Məsələ ilə bağlı futbolçunun meneceri Helsio Aliskə müraciət etdik. O, 30 yaşlı futbolçunun "Qarabağ"a qayıdıb-qayıtmayacağı ilə bağlı fikirlərini Sportal.az saytına açıqlamasında bildirib:
"Kadi "Qarabağ"ı sevir. Amma onun bu komandaya icarəyə verilməsi indiki məqamda mümkün deyil. Çünki "Krasnodar" onun üçün “Qarabağ”a 5 milyon ödəyib. Bundan sonra isə onun icarəyə götürülməsi isə heç də asan məsələ deyil".
Qeyd edək ki, Kadinin “Krasnodar”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Mirbağırağa
saytlarin hazirlanmasi