"Qarabağ" və "Neftçi" azarkeşlərinə görə cərimələndi

17:32 - 20 Dekabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda iclasında aşağıdakı qərarlar qəbul edilib:

14.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

15.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” klubunun 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qəbələ” klubu 3000 manat cərimə edilir (maddə 40.3, 32);

15.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

18.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

18.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Xəbər xətti