Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Alkes Oksleyd-Çemberleyn sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçi Super Liqanın 16-cı turunun "Alanyaspor"la matçında zədələnib. Ayaz əzələsində yırtıq aşkarlanan orta xətt oyunçusu 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn mövsümün əvvəlindən "Beşiktaş"da çıxış edir. 30 yaşlı futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi