"Torpedo"nun futbolçusu Premyer Liqamızın klublarından təklif alıb

13:17 - 30 Dekabr 2023

Gürcüstanın "Torpedo" (Kutaisi) kkubunun futbolçusu Merab Qiqaurinin yenidən Azərbaycana qayıtmaq variantına sahibdir.

Sportal.az saytına verilən məlumata görə, gürcünün xidmətində maraqlı olan klublarımız var.

Azərbaycan Premyer Liqasında iştirak edən iki komanda 30 yaşlı yarımmüdafiəçi uğrunda mübarizə aparır. Adı hələ ki, açıqlanmayan həmin klubların hər ikisi Qiqaurinin keçidini qış “transfer pəncərəsi” zamanı reallaşdırmaq niyyətindədir. Lakin futbolçunun formasını geyindiyi Kutaisi klubundan ayrılıb-ayrılmayacağı dəqiq deyil.

Gürcüstan millisinin sabiq üzvü “Yagelloniya”, “Metallurq”(Rustavi), “Tsxinvali”, “Kolxeti-Poti”, “Rustavi”, “Qəbələ”, “Şamaxı” komandalarında oynayıb.

Xəbər xətti