Rusiya millisinin və "Lokomotiv"in forvardı Artyom Dzyuba "Şanxay Şenxua"ya keçə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Amma "Lokomotiv"dən təcrübəli hücumçunun Çin komandasına keçidinin real olmadığı bildirilib. Dzyubanın isə özünün "Şanxay Şenxua"ya transferində maraqlıdır.
Qeyd edək ki, üç gün əvvəl Leonid Slutski “Şanxay Şenxua”ya baş məşqçi təyin edilib. Dzyubanı isə məhz rusiyalı məşqçinin istədiyi deyilir.
Təcrübəli forvard “Spartak”, “Tom”, “Rostov”, “Zenit”, “Arsenal”(Tula), “Adana Demirspor” klublarında oynadıqdan sonra “Lokomotiv”ə keçib. Onun Moskva klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Artyom 2011-2021-ci illərdə Rusiya millisinin heyətində 55 matça çıxıb 30 qol vurub.
saytlarin hazirlanmasi