“Neftçi” heyətini daha bir əcnəbi futbolçu ilə gücləndirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Söhbət “Astana”nın yarımmüdafiəçisi Maks Ebonqdan gedir. Artıq paytaxt klubunun onun transferi ilə bağlı danışıqlara başladığı bildirilir.
Onu da əlavə edək ki, Belarus millisinin futbolçusunun hazırkı klubu ilə müqaviləsi bu gün başa çatacaq.
24 yaşlı hücumçu "Şaxtyor"dan (Soliqrosk) 2020-ci ildə "Astana"ya keçib.
saytlarin hazirlanmasi