Braziliya millisinin sabiq forvardı Vaqner Lav özünə komanda tapıb.
Sportal.az “Globo”ya istinadən xəbər verir ki, hücumçu Braziliyada oynayacaq. Ona Avropadan təkliflər olsa da, təcrübəli hücumçu “Atletiko Qoyaniense”yə keçib. O, 2024-cü ilə bu klubda başlayacaq.
Lavın müqaviləsi bir illikdir. 39 yaşlı hücumçu “Palmeyras”, ÇSKA, “Flamenqo”, “Şandun Lunen”, “Korintians”, “Monako”, “Alanyaspor”, “Beşiktaş”, “Kayrat”, “Midtyullan”, “Sport Resife” klublarında çıxış edib.
saytlarin hazirlanmasi