Xorvatiya mətbuatında "Dinamo"nun hücum xəttindəki problemlər müzakirə edilib.
Sportal.az xəbər verir ki, “direktno.hr” portalındakı yazıda Zaqrebin azərbaycanlı hücumçusu Mahir Emrelinin performansına da toxunublar:
"Dinamo" ötən mövsümlə müqayisədə hər oyuna 19,1 faiz az qol vurur və 16,4 faiz daha az təhlükəli qol epizodu yaradır. Bruno Petkoviçin yoxluğu zamanı zədə səbəbindən komandada böyük problemlər yaranmışdı. Yüksək ödənişli Yosip Drmiç öz potensialını ortaya qoya bilmədi və aydındır ki, İqor Bisçan və Ante Çaçiç əvvəllər olduğu kimi, Yakiroviç də ona meylli deyil.
Mahir Emreli və Sandro Kulenoviç zaman-zaman potensiallarını ortaya qoyurdu. Amma əksər hallar bu, sadəcə bir işarə idi. Amma Kulenoviç əvəzedici kimi faydalı ola bilər. Onun heç bir texnikası olmasa da, hündür və güclüdür. Emrelinin isə heç bir üstünlüyü yoxdur və onun “Dinamo”dakı taleyi sual altındadır".
26 yaşlı forvardın Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi