Argentina millisinin sabiq üzvü bu klubla anlaşdı

11:23 - 1 Yanvar 2024

Argentina millisinin sabiq üzvü Ever Baneqa vətəninə geri dönməyi planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda oynayan təcrübəli futbolçuya Argentina klublarından təklif var. 

O, "Boka Xuniors"un dəvətini geri çevirmək niyyətində deyil.

Baneqa bu klubla anlaşmaq üzrədir.

"Boka Xuniors"un yetirməsi olan 35 yaşlı yarımmüdafiəçi "Valensiya", "Atletiko"(Madrid), "Sevilya", "İnter"də oynadıqdan sonra 2020-ci ildə "Əl-Şabab"a keçmişdi. O, Argentina millisində 2008-2018-ci illər ərzində 65 oyun keçirib 6 qol vurub.

Xəbər xətti