"Çelsi" hücum xəttini "Jirona"nın forvardı ilə gücləndirmək niyyətindədir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" Ukrayna millisinin də şərəfini qoruyan Artem Dovbiklə danışıq aparır.
26 yaşlı futbolçunu "Çelsi”nin baş məşqçisi Maurisio Poçettino sərəncamında görmək istəyir.
"Jirona" isə onun satışından 45 milyon avro qazanmağı planlaşdırır.
Dobvik 2023-cü ilin avqustunda “Dnepr-1″dən “Jirona”ya keçib və transfer məbləği 7,75 milyon avro olub. Onun İspaniya klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi