"Kəpəz" çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində "Araz-Naxçıvan" ilə keçirəcəyi yoxlama oyunu ləğv edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.
Yoxlama görüşü üçün rəqib axtarışına çıxan Gəncə təmsilçisi Birinci Liqada çıxış edən "İmişli" ilə anlaşıb.
Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.
saytlarin hazirlanmasi