Terim "Qalatasaray"ın daha bir sabiq üzvünü Yunanıstana dəvət etdi

20:22 - 1 Yanvar 2024

Fatih Terim “Qalatasaray”dan tanıdığı daha bir futbolçunu “Panatinaikos”a dəvət etməyi planlaşdırır.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, türkiyəli məşqçi vaxtı ilə İstanbul klubunun şərəfini qorumuş Markaonu sərəncamında görmək istəyir.

27 yaşlı müdafiəçi 2022-ci ildə “Qalatasaray”dan “Sevilya”ya keçib.

Onun Əndəlusiya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Markao “Atletiko Paranaense”, “Rio Ave”, “Çaveş” komandalarında oynayıb.

Qeyd edək ki, Fatih Terim "Qalatasaray"da birlikdə çalışdığı Yunes Belhandanı "Panatinaikos"a keçməyə razı salmaq istəyir.

Xəbər xətti