"Kəpəz"in futbolçusu İtaliyaya yollandı - FOTO

20:53 - 1 Yanvar 2024

“Kəpəz”in legioneri Giorgi Papunaşvili çempionata verilən fasilədən istifadə edərək Avropaya yollanıb.

Sportal.az xəbər verir ki, gürcü futbolçu İtaliyada istirahət edir.

Gəncə klubunun üzvü istirahət vaxtını Venetsiya və Milanda keçirib. 28 yaşlı futbolçu sentyabrda “Kəpəz”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Gürcüstan millisinin üzvü “Dinamo” (Tbilisi), “Verder”, “Saraqosa”, “Rasinq”(Santander), “Apollon”(Limassol), “Torpedo”(Kutaisi), “Radniçki Nis”, “Samtrediya”, “Telavi”də oynayıb.


Xəbər xətti